Messinin komandası ABŞ Kubokunda finala yüksəlib
Futbol
- 24 avqust, 2023
- 06:35
Lionel Messinin komandası “İnter Mayami” ABŞ Kubokunda finala yüksəlib.
“Report”un məlumatına görə, Florida ştatının təmsilçisi yarımfinalda “Sinsinnati”ni məğlub edib.
Sinsinnatidə keçirilən görüş 3:3 hesabı ilə başa çatdığından, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “İnter Mayami” rəqibini 5:4 hesabı ilə üstələyərək, finala vəsiqə qazanıb.
Qarşılaşmada iki məhsuldar ötürmə verən Messi penaltilər seriyasında da zərbəni dəqiq yerinə yetirib. Argentinalı futbolçu ABŞ klubunun heyətində ilk dəfə bir görüşün əsas vaxtında qol vura bilməyib.
“İnter Mayami”nin finaldakı rəqibi “Hyuston Dinamo” olacaq. Həlledici qarşılaşma sentyabrın 27-də Hyustonda keçiriləcək.
Son xəbərlər
12:38
RENAC AG: Azərbaycan Almaniyanın enerji şirkətləri üçün prioritet bazara çevriləcək
Energetika12:33
Azərbaycanda şəhər inkişafı ilə bağlı ilk milli siyasət işlənib hazırlanır
Daxili siyasət12:32
AMB ödəniş bazarının iki iştirakçısı ilə bağlı inzibati məsuliyyət tədbiri görüb
Maliyyə12:29
"Sabah"ın rekordlarla zəngin uğur hekayəsi – Azərbaycanın Çempionlar Liqasındakı yeni siması – ŞƏRH
Futbol12:26
Azərbaycanın kollektor agentliyinin səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə12:26
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
Ekologiya12:15
Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb
Region12:08
Keyt Firon: Səmərəli minatəmizləmə fəaliyyətinin əsasında milli məsuliyyət dayanır
Digər ölkələr12:06
Foto