Messi “Barselona"da 600-cü qolunu vurub
Futbol
- 01 may, 2019
- 22:44
“Barselona" klubunun (İspaniya) forvardı Lionel Messi Çempionlar Liqasının ½ final mərhələsinin "Liverpul"a qarşı keçirilən ilk oyununda dubl etməklə, komandada 600-cü qolunu vurub.
"Report" xəbər verir ki, "göy-qırmızılar"ın argentinalı kapitanı oyunda ilk qolunu 75-ci dəqiqədə vurub.
Onun qarşılaşmadakı ikinci qolu 82-ci dəqiqəyə təsadüf edib. Messi bu dəfə cərimə zərbəsindən rəqibin qapısına yol tapıb.
Messi “Barselona“nın heyətində ümumilikdə 683 matç keçirib. O, klubda ilk qolunu 14 il əvvəl - 1 may 2005-ci il tarixində “Albasete"nin qapısına vurub.
Messi cari mövsümdə klub səviyyəsində 46 oyunda iştirak edib, 48 qol vurub, 22 məhsuldar ötürmə edib. O, İspaniya çempionatında və Çempionlar Liqasında bombardirlər siyahısına başçılıq edir.
Son xəbərlər
12:18
Stavropoldakı istirahət mərkəzində 80 nəfər zəhərlənib
Digər ölkələr12:17
Azərbaycandakı bankların depozit portfelinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə12:15
"Kəpəz" komandasında baş məşqçi Azər Məmmədovun köməkçiləri açıqlanıb
Futbol12:02
Argentinanın 50 min azarkeşi DÇ-2026-nın finalında komandanı dəstəkləmək üçün Nyu-Yorka gedib
Futbol12:00
Azərbaycandakı bankların öhdəliklərinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə11:53
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başlayıb
Biznes11:45
Avropa çempionatı: Azərbaycanın çimərlik futbolu millisi pley-off mərhələsinə yüksəlib
Futbol11:40
Azərbaycandakı bankların vaxtı keçmiş kreditlərinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə11:26