Maurisio Poçettino: "Bu gün bizim günümüz deyildi"

Futbol
  • 07 iyul, 2026
  • 06:46
Maurisio Poçettino: Bu gün bizim günümüz deyildi

Belçikaya qarşı matçda ABŞ yığması öz gücündə olmayıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu amerikalıların baş məşqçisi Maurisio Poçettino Belçika yığmasına qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis uduzduqları görüşü dəyərləndirib:

"Başlanğıcdan etibarən bizim üçün çox çətin oyun alındı. Belçika millisini təbrik edirəm, onlar üstün oynadılar. Bu gün bizim günümüz deyildi. Bu sözləri bəhanə kimi qəbul etmək olmaz. Adətən nümayiş etdirdiyimiz oyunu sərgiləyə bilmədik və reallıq bundan ibarətdir.

Bu matçdan nəticə çıxarmalı, oyunu təhlil etməli və dünya çempionatının əvvəlki qarşılaşmalarından fərqli olaraq niyə bu görüşə eyni yanaşmanı göstərə bilmədiyimizi anlamalıyıq".

Qeyd edək ki, Belçika ABŞ seçməsinə 4:1 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.