"Mançester Yunayted"in sabiq hücumçusu əməliyyat olunub

Futbol
  • 07 aprel, 2017
  • 10:53
Mançester Yunaytedin sabiq hücumçusu əməliyyat olunub

Bakı. 7 aprel. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Endi Koul böyrək köçürməsi əməliyyatı keçirib. 

“Report”un “The Telegraph”a istinadən verdiyi məlumata görə, 45 yaşlı veteran hücumçunun böyrəyində problem yarandığı üçün cərrahiyyə müdaxiləyə ehtiyac duyulub.

1995 - 2001-ci illərdə “Mançester Yunayted”in formasını geyinən E.Koul hazırda klubun səfirlərindən biridir.

Qeyd edək ki, Endi Koul “BakuTel 2013” sərgisində iştirak etmək üçün 4 il öncə xüsusi qonaq qismində Bakıda olub. O, “Bakcell Arena”da “Bakcell” və AFFA-nın birgə həyata keçirdiyi “Futbol Bakcell ilə” layihəsinin iştirakçıları ilə birgə futbol oynayıb.