"Mançester Siti"nin hücumçusu Ueyn Runinin rekordunu təkrarlayıb

Futbol
  • 27 aprel, 2022
  • 06:23
Mançester Sitinin hücumçusu Ueyn Runinin rekordunu təkrarlayıb
Fil Foden

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Fil Foden UEFA Çempionlar Liqasında "Mançester Yunayted"in sabiq oyunçusu Ueyn Runinin rekordunu təkrarlayıb.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçu buna evdə İspaniya "Real Madrid"inə 4:3 hesabı ilə qalib gəldikləri yarımfinal mərhələsinin ilk oyununda nail olub.

Qitənin bir nömrəli klub turnirində 9-cu qoluna imza atan forvard 21 yaşda bunu bacaran ikinci ingiltərəli oyunçudur. Foden mövsüm başa çatmamış daha bir qol vursa, ölkəsinin tarixinə düşəcək.

"Real Madrid" və "Mançester Siti" komandaları arasındakı cavab görüşü mayın 4-də olacaq.