"Mançester Siti"dən ayrılan futbolçunun Səudiyyə Ərəbistanı klubuna keçidi rəsmiləşib

Futbol
  • 27 avqust, 2024
  • 18:10
Mançester Sitidən ayrılan futbolçunun Səudiyyə Ərəbistanı klubuna keçidi rəsmiləşib

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Joao Kanselonun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına transfer olunub.

Portuqaliya millisinin üzvü illik 15 milyon avro maaş qazanacaq.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Barselona"da keçirən Joao 4 qol vurub.

44 filmi