"Mançester Siti" “Arsenal”a qalib gələrək ardıcıl 13-cü qələbəsini qazandı

Futbol
  • 21 fevral, 2021
  • 18:46
Mançester Siti “Arsenal”a qalib gələrək ardıcıl 13-cü qələbəsini qazandı

Londonun "Emireyts" stadionunda “Arsenal”la “Mançester Siti” komandaları arasında İngiltərə Premyer Liqasının 25-ci turunun matçı keçirilib.

“Report” xəbər verir ki, görüş "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qol 2-ci dəqiqədə vurulub – Rahim Sterlinq fərqlənib.

"Mançester Siti" bununla İngiltərə Premyer Liqasında 13-cü ardıcıl qələbəsini qazanıb. Komanda bununla həm də müxtəlif turnirlərdə 18-ci ardıcıl qələbəyə imza atıb.

Xosep Qvardiolanın yetirmələri 25 matçda 59 xal yığıblar və İngiltərə Premyer Liqasının 2020/2021 mövsümünə liderlik edirlər. "Arsenal" turnir cədvəlində 34 xalla 10-cu yerdədir.