Mahir Emreli: "Kağız üzərində favorit Portuqaliya yığmasıdır"

Futbol
  • 23 mart, 2021
  • 17:54
Mahir Emreli: Kağız üzərində favorit Portuqaliya yığmasıdır
Mahir Emreli

"Rəqibi tanıyırıq, Avropa çempionu olub. Kağız üzərində oyunun favoriti Portuqaliya yığmasıdır".

"Report"un məlumatına görə, bunları Azərbaycan millisinin futbolçusu Mahir Emreli DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu öncəsi mətbuat konfransında deyib.

24 yaşlı hücumçu bildirib ki, rəqib futbolçuları haqqında əlavə sözə ehtiyac yoxdur: "Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Bütün bacarığımızı ortaya qoyacağıq".

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.