Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib

Futbol
  • 23 sentyabr, 2026
  • 12:08
Luis Silvestr 4 oyunluq cəzalanıb, İmişli 10 000 manat cərimələnib

Misli Premyer Liqasının VI turunun "Sabah"la oyununda hakimi təhqir edərək birbaşa qırmızı vərəqə alan "İmişli"nin futbolçusu Luis Silvestr 4 oyunluq cəzalanıb, klubu isə 10 000 manat cərimə olunub.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Sentyabrın 19-da keçirilən "Sabah" – "İmişli" matçında 5 futbolçusu sarı vərəqə aldığı üçün "İmişli" klubu daha 700 manat cərimə edilib.

Həmin gün baş tutan "Turan Tovuz" – "Zirə" qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan "Zirə" komandası da 700 manat cəriməyə məruz qalıb.

Sentyabrın 20-də reallaşan "Şamaxı" – "Araz-Naxçıvan" matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün həm "Şamaxı", həm də "Araz-Naxçıvan" klubları 700 manat cərimələnib.

"Kəpəz" – "Sumqayıt" görüşündə 5 futbolçusu sarı vərəqə alan "Sumqayıt" komandası da eyni məbləğdə cərimə olunub.