"Liverpul" Carell Kuansanı "Bayer 04"dən geri qaytara bilər

Futbol
  • 26 noyabr, 2026
  • 16:43
Liverpul Carell Kuansanı Bayer 04dən geri qaytara bilər

"Liverpul" müdafiəçi Carell Kuansanı heyətinə qaytarmaq imkanını nəzərdən keçirir.

"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, klub 2025-ci ilin yayında 42 milyon avro qarşılığında "Bayer 04"ə keçən 23 yaşlı ingiltərəli futbolçunun idman hüquqlarını yenidən əldə etmək şərtini qoruyub saxlayır.

Bunun üçün ödəniləcək məbləğ təxminən 60 milyon avro təşkil edir və "Liverpul" bu variantdan 2027-ci ildə yararlana bilər.

2026/2027 mövsümündə 15 matçda meydana çıxan müdafiəçi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Bayer 04"lə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək qüvvədədir.

Qeyd edək ki, "Transfermarkt" oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir.