"Lids" ABŞ millisinin üzvü Brenden Eronson ilə müqavilənin müddətini uzadıb

Futbol
  • 21 avqust, 2026
  • 13:26
Lids ABŞ millisinin üzvü Brenden Eronson ilə müqavilənin müddətini uzadıb

İngiltərənin "Lids" klubu hücumçusu Brenden Eronson ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ millisinin üzvü ilə yeni anlaşma 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

25 yaşlı idmançı 2022-ci ildən İngiltərə təmsilçisinin şərəfini qoruyur. O, karyerası ərzində "Filadelfiya" (ABŞ) və "Zaltsburq" (Avstriya) klublarında da çıxış edib.

Qeyd edək ki, B.Eronson 2025/2026 mövsümündə keçirdiyi 42 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. Hücumçunun dəyəri 22 milyon avro qiymətləndirilir.