"Latsio" prezidentinin cəza müddəti artırıldı
Futbol
- 30 aprel, 2021
- 16:24
İtaliya Futbol Federasiyasının Apellyasiya Məhkəməsi "Latsio"nun prezidenti Klaudio Lotitonun şikayətini təmin etməyib.
"Report" xəbər verir ki, koronavirus protokolunun pozulmasına görə 7 aylıq cəzalandırılan funksionerin diskvalifikasiya müddəti artırılıb.
Onun futbolla bağlı fəaliyyətinə bir il qadağa qoyulub. Komandanın həkimləri Fabio Rodia və İvo Pulçinin 1 illik cəzası isə qüvvədə saxlanılıb.
Kluba təyin olunmuş cərimənin məbləği də 50 000 avro artırılaraq, 200 000 avroya çatdırılıb.
Qeyd edək ki, araşdırmalar zamanı Klaudio Lotito və tibbi briqadanın qayda pozuntularına yol vermələri müəyyənləşib. Klub koronavirus testlərinin müsbət nəticələrini gizlədib və xəstələnmiş oyunçuları təcrid etmək əvəzinə ümumi qrupda məşqlərə buraxıb.
Son xəbərlər
12:30
ASCO bu il quru yük gəmiləri ilə daşımaları 43 % artıb
İnfrastruktur12:29
UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub
Futbol12:22
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
Hərbi12:20
Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 60 mini ötüb
Maliyyə12:19
Sabah Azərbaycanda pensiyalar tam ödəniləcək
Maliyyə12:16
Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Ekologiya12:07
Bakıda üzərinə reklam lövhəsi aşan qadına zəruri tibbi xidmətlər göstərilib
Hadisə12:04
Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərci 23 % artırıb
Energetika12:01