"Latsio" klubu Meyson Qrinvuda görə 35 milyon avro təklif edib
Futbol
- 20 iyun, 2024
- 07:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Latsio" klubu İngiltərə təmsilçisi "Mançester Yunayted"ə hücumçusu Meyson Qrinvuda görə 35 milyon avro təklif edib.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, Roma klubu ilə 22 yaşlı ingiltərəli futbolçu arasında danışıqlar müsbət yöndə davam edir.
M.Qrinvud ötən mövsüm İspaniyanın “Xetafe” klubunda icarə əsasında çıxış edib. O, bu komandanın heyətində bütün yarışlarda meydana çıxdığı 36 oyunda 10 qola, 6 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, "Transfermarkt" portalı hücumçunun dəyərini 25 milyon avro qiymətləndirir. Onun "Mançester Yunayted"lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
Son xəbərlər
06:34
BVF 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının ildə orta hesabla 2 % artacağını proqnozlaşdırır
Maliyyə
06:12
BVF 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti proqnozunu ÜDM-in 11,3 %-nə qədər artırıb
Maliyyə
05:47
Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb
Digər ölkələr
05:18
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
Digər ölkələr
04:52
Panamada daha bir güclü zəlzələ baş verib
Digər ölkələr
04:10
"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Digər ölkələr
03:44
Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
Komanda
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr