Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub
Futbol
- 25 iyun, 2024
- 06:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkmənistanlı mütəxəssis Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub.
"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onunla "2+1" illik müqavilə bağlanıb.
Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.
PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020/2021 mövsümündə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.
Son xəbərlər
15:34
Nazir: Azərbaycanın AQEM-ə sədrliyi dövründə müəyyən etdiyi prioritetlər BƏƏ-nin baxışları ilə üst-üstə düşür
Xarici siyasət
15:32
Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb
Media
15:30
Lavrov: "3+3" formatında növbəti görüşün Azərbaycanda keçirilməsi məqsədəuyğundur
Digər ölkələr
15:29
Pakistanda məktəb damının uçması nəticəsində 34 şagird həlak olub - yenilənib-2
Digər ölkələr
15:27
Lavrov: Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır
Digər ölkələr
15:26
Foto
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
Daxili siyasət
15:26
"Birbank Invest" vasitəsilə "EmbaFinans" BOKT istiqrazlarına investisiya etmək imkanı
Maliyyə
15:22
Lənkəranda QHT-lərə dəstək xarakterli proqramın icrasına başlanılıb
Daxili siyasət
15:20
Vicita Herat: Şri-Lanka AQEM-i dialoq üçün unikal platforma hesab edir
Xarici siyasət