Konfrans Liqası: UEFA Belarusdakı oyunun yerini dəyişdi

Futbol
  • 25 iyun, 2021
  • 16:03
Konfrans Liqası: UEFA Belarusdakı oyunun yerini dəyişdi

Belarusun "Dinamo" (Brest) klubu Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ev oyununu Gürcüstanda keçirəcək.

"Report" Brest təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 28-nə nəzərdə tutulan qarşılaşma Batumi şəhərində oynanılacaq.

Buna səbəb UEFA-nın Belarusda öz bayrağı altında oyunların təşkilinə qoyduğu qadağadır.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 22-də Plzen baş tutacaq.

44 - Tezliklə