Konfrans Liqası: "Qarabağ"ın potensial rəqibləri bəlli olub

Futbol
  • 15 iyun, 2022
  • 11:12
Konfrans Liqası: Qarabağın potensial rəqibləri bəlli olub

"Qarabağ" klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"inə uduzsa, “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.

44 - Tezliklə