KİV: Tunis yığmasının məşqçisi DÇ-2026-nın startındakı məğlubiyyətdən sonra işdən çıxarılıb
- 15 iyun, 2026
- 16:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Tunis yığmasının baş məşqçisi Sabri Lyamuşi DÇ-2026-nın qrup mərhələsinin ilk turunda İsveçə məğlubiyyətdən (1:5) sonra vəzifəsindən uzaqlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə jurnalist Romen Molina sosial şəbəkələrdə məlumat yayıb.
Həmçinin bir yığma məşqçisinin turnirin açılış turundan sonra işdən çıxarılmasının dünya çempionatları tarixində ilk hal olduğu bildirilib.
54 yaşlı mütəxəssis 2026-cı ilin yanvarından yığmaya rəhbərlik edirdi. Onun müqaviləsinin müddəti 2028-ci ilin iyuluna qədər nəzərdə tutulmuşdu. Fransalı mütəxəssis daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Riyad", Uelsin "Kardiff Siti", İngiltərənin "Nottingem Forest", Fransanın "Renn", Qətərin "Əl-Ceyş" klublarını və Fil Dişi Sahili millisini də çalışdırıb.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən mundial iyulun 19-da başa çatacaq.