"Kəpəz" - "Xəzər Lənkəran" matçı başladıqdan sonra stadiona 5000-dək azarkeş havayı buraxılıb
Futbol
- 24 oktyabr, 2015
- 11:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Gəncədə Aşura mərasiminin keçirilməsinə baxmayaraq, futbol üzrə Azərbaycan Premyer Liqasının "Kəpəz" - "Xəzər Lənkəran" matçına maraq böyükdür. "Report"un məlumatına görə, azarkeşlər saat 15:00-da başlanan oyunu izləməyə dini mərasimdən dərhal sonra gəliblər.
Hazırda stadionda 15 minə yaxın azarkeş var. Oyuna giriş pullu olduğu vaxt stadiona 10 minədək tamaşaçı daxil olub. Start fiti çalındıqdan sonra isə bilet satışı dayandırılıb və giriş pulsuz olub. Bundan sonra təxminən 5 min azarkeş stadiona axın edib.
Oyuna maraq böyük olduğundan, komandanı dəstəkləməyə şəhərin icra başcısı Elmar Vəliyev də gəlib. Hələlik "Kəpəz" 1:0 hesabı ilə öndədir.
Son xəbərlər
19:22
ABŞ-nin Yunanıstandakı səfiri istefaya göndərilib
Digər ölkələr
19:20
Foto
Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul edib
Daxili siyasət
19:10
Saxalində yaponiyalı jurnalist casusluq şübhəsi ilə saxlanılıb
Region
19:08
Xəzər İbrahim: Azərbaycan dini icmalar arasında sülh şəraitində birgəyaşayışı təşviq edir
Region
19:07
Foto
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Milli Məclis
19:00
"Tasnim": İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib
Region
18:45
Hakan Fidan iranlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Region
18:37
AMB kreditlərdə xalis gəlirin 5 misli ilə məhdudlaşdırmanın nəticələrini açıqlayıb
Maliyyə
18:35
Foto
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Xarici siyasət