"Kəpəz" klubu ev oyunları üçün iki variantı nəzərdən keçirir

Futbol
  • 25 iyun, 2024
  • 08:04
Kəpəz klubu ev oyunları üçün iki variantı nəzərdən keçirir

"Kəpəz" klubu növbəti mövsüm ev oyunlarını keçirmək üçün iki variant haqqında düşünür.

Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

"Sarı-göylər" daha əvvəl olduğu kimi qonşu bölgələrdəki klublara - "Qəbələ" və "Turan Tovuz"a müraciət edəcək. Sonda bu variantlardan daha münasibinə üstünlük veriləcək.

Qeyd edək ki, "Kəpəz"in ev matçlarını keçirdiyi Gəncə şəhər stadionu yenidən qurulur.

44 - Tezliklə