Karlo Ançelotti "Real"da 200-cü qələbəsini qazanıb
Futbol
- 17 mart, 2024
- 06:22
İspaniya La Liqasının XXIX turunda "Osasuna" (4:2) ilə oyun "Real"ın baş məşqçisi Karlo Ançelotti üçün yubileylərlə əlamətdar olub.
"Report"un məlumatına görə, təcrübəli mütəxəssis paytaxt təmsilçisində 200-cü qələbəsini qazanıb.
"Kral klubu" Ançelottinin rəhbərliyi altında La Liqada 129, Çempionlar Liqasında 43, İspaniya Kubokunda 18, ölkə Superkubokunda 4, klublararası dünya çempionatında 4, UEFA Superkubokunda 2 qalibiyyət əldə edib.
Mütləq rekord isə Migel Munyosa məxsusdur - 357 qələbə.
Bundan əlavə, italiyalı baş məşqçi Avropa liqalarında 900-cü matçına çıxıb.
Qeyd edək ki, "Real" 29 turdan sonra La Liqada 72 xalla liderdir. Komanda UEFA Çempionlar Liqasının 1/4 finalında İngiltərənin "Mançester Siti" klubu ilə üz-üzə gələcək.
Son xəbərlər
11:08
Foto
Video
Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə10:47
Foto
Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
Fərdi10:42
Senator Lindsi Qrem vəfat edib
Digər ölkələr10:24
Güclü yağış Telavidə daşqına səbəb olub, küçələr su altında qalıb
Region09:53
Murat Yakın: "Hakimin səhvi bizi cəzalandırdı"
İdman09:49
Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA
Ekologiya09:40
Qətərin keçmiş əmiri vəfat edib
Digər ölkələr09:17
Argentina millisinin baş məşqçisi: "İsveçrə bizə ciddi çətinliklər yaratdı"
İdman09:10