JAMA: 15 ildə ABŞ-də xəstəxanaların sayı 200-dən çox azalıb

Digər ölkələr
  • 09 oktyabr, 2026
  • 05:48
JAMA: 15 ildə ABŞ-də xəstəxanaların sayı 200-dən çox azalıb

ABŞ-də 2010-cu ildən 2025-ci ilə qədər təcili yardım xəstəxanalarının sayı 216, xəstəxana çarpayılarının sayı isə təxminən 24, 4 min ədəd azalıb.

"Report"un xəbərinə görə, bu, Harvard Universiteti tədqiqatçılarının JAMA elmi jurnalında dərc olunmuş araşdırmasında yer alıb.

Alimlər 4 962 xəstəxana haqqında məlumatları təhlil ediblər. Nəzərdən keçirilən dövrdə 432 tibb müəssisəsi (8,7 %) bağlanıb, 216 yeni müəssisə (4,4 %) isə açılıb. Beləliklə, xəstəxanaların ümumi sayı 2010-cu illə müqayisədə 4,7 % azalıb.

Eyni zamanda, xəstəxana çarpayılarının sayı 24, 399 və ya 3,3 % azalıb.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, eyni dövrdə illik bağlanan xəstəxanaların sayı orta hesabla 4 % artıb, açılanların sayı isə 3 % azalıb.

Bundan əlavə, tibb müəssisələrinin bağlanması və açılması nisbəti həm şəhər, həm də kənd yerlərində təxminən eyni olub.

44 - Tezliklə