Heqset: ABŞ hərbi bazasında atəş açan şəxs ictimaiyyət qarşısında edam olunacaq

Digər ölkələr
  • 09 oktyabr, 2026
  • 05:13
Heqset: ABŞ hərbi bazasında atəş açan şəxs ictimaiyyət qarşısında edam olunacaq

ABŞ-nin müdafiə naziri Pit Heqset 2009-cu ildə Texasda Fort-Hud bazasında kütləvi atəş açan keçmiş hərbi psixiatr Nidal Həsənin edamının ictimai şəkildə keçiriləcəyini açıqlayıb.

"Report"un məlumatına görə, Pentaqon rəhbəri bu barədə "Real America's Voice"a müsahibəsində bildirib.

"Onu güllələyəcəklət və bu belə də olmalıdır. Biz insanların bunu görə bilməsini, edamın ictimai olmasını təmin edəcəyik. İnsanlar bu cür hərəkətlərin ciddi nəticələrə səbəb olduğunu başa düşməlidirlər", - Heqset bildirib.

44 filmi