Kamran Quliyev: "Daha çox oynamaq üçün "Sumqayıt"dan ayrıldım"
Futbol
- 12 sentyabr, 2025
- 13:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sumqayıt"ın sabiq futbolçusu Kamran Quliyev daha çox oynamaq üçün komandadan ayrılıb.
Bu barədə "Report"a açıqlamasında futbolçu özü deyib.
O, komandada çox az şans qazandığını söyləyib:
"Sumqayıt"dan ayrılmağımın səbəbi daha çox oynamaq istəyimdir. Çünki son iki ili demək olar ehtiyat oyunçular skamyasında keçirmişəm. Oynamadıqca özünəinam azalır, statistikada, oyun sayında geri qalırsan. Ona görə də oynaya biləcəyim komandaya getmək istədim. Menecerim təklif etdi və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdik. Son oyunlarda çox az şans qazanırdım".
Qeyd edək ki, "Sumqayıt" Kamran Quliyevlə ötən gün yolları ayırıb. Hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Son xəbərlər
05:12
ABŞ "Bank of America"nı cərimələyib
Digər ölkələr
04:36
ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırır
Digər ölkələr
04:08
Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Digər ölkələr
03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Region
02:57
Türkiyə Aİ-dən onu "Made in EU" sənaye strategiyasına daxil etməyə çağırıb
Digər ölkələr
02:45
Belçikanın müdafiə naziri Avropanı "TikTok"a qarşı tədbir görməyə çağırıb
Digər ölkələr
02:16
"Forbes": İlon Mask yenidən trilyoner statusunu itirib
Digər ölkələr
02:07
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr