Jorje Jezuş "Əl-Nəsr"in baş məşqçisi təyin edilib

Futbol
  • 14 iyul, 2025
  • 23:39
Jorje Jezuş Əl-Nəsrin baş məşqçisi təyin edilib

Portuqaliyalı mütəxsəssis Jorje Jezuş Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun baş məşqçisi təyin edilib.

"Report"un xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin müddəti açıqlanmayıb.

Xatırladaq ki, iyulun 25-də "Əl-Nəsr" 2024-cü ilin sentyabrından komandanı çalışdıran italiyalı Stefano Piolinin baş məşqçi postundan getdiyini elan edib.

Jezuşun 70 yaşı var, o, 2023-2025, həmçinin 2018-2019-cu illərdə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda üç dəfə Səudiyyə Ərəbistanı Superkubokunu, bir dəfə ölkə çempionluğunu və kuboku qazanıb. Jesuş daha əvvəl "Benfika", "Flamenqo", "Fənərbağça" və digər klubların "sükanı arxasında" olub.