İtaliya millisi və PSJ ciddi itki ilə üzləşib
Futbol
- 26 oktyabr, 2021
- 15:11
Fransa PSJ-sinin futbolçusu Marko Verratti zədələnib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi "Marsel"lə qolsuz heç-heçə etdikləri Liqa 1-in XI tur matçında sıradan çıxıb.
Bud əzələsindən xəsarət alan 29 yaşlı oyunçunun 4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, təcrübəli futbolçu Paris təmsilçisinin Almaniyada "Leyptsiq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının qrup oyununu, həmçinin 3 çempionat görüşünü buraxacaq.
Bundan başqa, Verratti İtaliya millisinin İsveçrə və Şimali İrlandiya ilə 2022-ci il dünya çempionatının seçmə matçlarında da iştirak etməyəcək. Sözügedən qarşılaşmalar müvafiq olaraq, noyabrın 12-də və 15-də baş tutacaq.
Son xəbərlər
10:24
Güclü yağış Telavidə daşqına səbəb olub, küçələr su altında qalıb
Region10:01
Foto
Hacıqabulda qəzada xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub - YENİLƏNİB
Hadisə09:53
Murat Yakın: "Hakimin səhvi bizi cəzalandırdı"
İdman09:49
Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA
Ekologiya09:40
Qətərin keçmiş əmiri vəfat edib
Digər ölkələr09:17
Argentina millisinin baş məşqçisi: "İsveçrə bizə ciddi çətinliklər yaratdı"
İdman09:10
Messi dünya çempionatları tarixində ilkə imza atıb
İdman08:58
DÇ-2026: FİFA İngiltərə millisinin Norveçlə oyununda ilk qolunun hesaba alınması səbəbini izah edib
Futbol08:39