İtaliya klubunun yeni baş məşqçisi açıqlandı

Futbol
  • 22 fevral, 2021
  • 18:15
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
Leonardo Smpliçi

İtaliya A Seriyasında çıxış edən "Kalyari"yə yeni baş məşqçi təyin olunub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın sükanı arxasına Leonardo Smpliçi gətirilib.

54 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. İtaliyalı baş məşqçi bu vəzifədə fevralın 22-də istefaya göndərilmiş Eusebio di Françeskonu əvəzləyib.

Qeyd edək ki, "Kalyari" 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb.

44 - Tezliklə