İspaniya La Liqasında növbəti mövsümdən etibarən yeni qayda tətbiq edilə bilər

Futbol
  • 28 iyul, 2025
  • 22:54
İspaniya La Liqasında növbəti mövsümdən etibarən yeni qayda tətbiq edilə bilər

İspaniya La Liqasında 2025/2026 mövsümündə yeni qayda tətbiq edilə bilər.

"Report" "Goals Side-in El Partidazo de COPE"yə istinadən xəbər verir ki, yeni qayda futbol klublarının baş məşqçilərinə hər matçda iki dəfə VAR-a müraciət etməyə və mübahisəli epizodların təkrarını istəməyə imkan verəcək.

Mənbənin məlumatına görə, epizoddan sonra ilkin qərar dəyişərsə, baş məşqçi üçün hər iki sorğu variantı qüvvədə qalacaq.

Qeyd edək ki, ötən mövsüm "Barselona" La Liqada 88 xalla çempion, "Real" (Madrid) isə 84 xalla ikinci olub.