"İnter" Françesko Pio Espozito ilə müqavilənin müddətini uzadıb

Futbol
  • 07 sentyabr, 2026
  • 12:03
İnter Françesko Pio Espozito ilə müqavilənin müddətini uzadıb

İtaliyanın "İnter" klubu hücumçusu Françesko Pio Espozito ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

2005-ci il təvəllüdlü hücumçunun 2032-ci il iyunun 30-dək "neradzurri"nin heyətində çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, 21 yaşlı forvard İtaliya A Seriyasının 2026/2027 mövsümündə meydana çıxdığı 3 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Keçirdiyi 2 matçda 9 xal toplayan "İnter" İtaliya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Milan klubu ölkənin son çempionudur.