İordaniyada hərbi helikopter qəzaya uğrayıb

Digər ölkələr
  • 18 noyabr, 2026
  • 12:32
İordaniyada hərbi helikopter qəzaya uğrayıb

İordaniya Silahlı Qüvvələrinə məxsus "Black Hawk" hərbi helikopteri hərbi təlimlər zamanı qəzaya uğrayıb.

"Report" "Petra" agentliyinə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığındakı rəsmi hərbi mənbə məlumat verib.

Onun sözlərinə görə, ixtisaslaşdırılmış qruplar fövqəladə vəziyyətə dərhal reaksiya verərək zəruri tədbirlər görüblər.

Baş Komandanlıq hərbi qulluqçuların təhlükəsizliyinin onun əsas prioriteti olaraq qaldığını vurğulayıb.

44 filmi