İngiltərə millisinin qapıçısının müqaviləsi uzadılıb

Futbol
  • 24 fevral, 2023
  • 13:04
İngiltərə millisinin qapıçısının müqaviləsi uzadılıb

İngiltərənin "Everton" klubu qapıçısı Cordan Pikford ilə müqavilənin müddətini uzadıb.

"Report" Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiperin sözləşməsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub.

Qeyd edək ki, İngiltərə millisinin üzvü 2017-ci ildən "Everton"da çıxış edir.