İngiltərə millisinin futbolçusu Cordan Henderson zədələnib

Futbol
  • 06 iyul, 2026
  • 09:51
İngiltərə millisinin futbolçusu Cordan Henderson zədələnib

İngiltərə millisinin futbolçusu Cordan Henderson zədələnib.

"Report" xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi dünya çempionatının 1/8 final mərhələsində Meksikaya qalib gəldikləri matçdan (3:2) sonra xəsarət alıb.

Təcrübəli oyunçu qələbə sevinci zamanı reklam lövhələrinin üstündə büdrəyib və qolunun üstünə yıxılıb. C.Henderson meydanı xərəkdə tərk edib. O, görüş ərzində meydana çıxmayıb, lakin 90+8-ci dəqiqədə hakimə etiraza görə sarı vərəqə alıb.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.