"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib

Futbol
  • 20 fevral, 2026
  • 10:07
İmişli heyətini yeni futbolçu ilə gücləndirib

"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcovla müqavilə imzalanıb.

O.Fərəcov karyerası ərzində "Şamaxı-2", "Keşlə", "Səbail" klublarının uğurları üçün çalışıb. Legioner həyatı da yaşayan yarımmüdafiəçi Polşanın "KS CK Troszyn" və "Narew Ostrołęka" kollektivlərində çıxış edib.

Qeyd edək ki, futbolçunun son klubları "Baku Sportinq" və "Şahdağ" olub.

44 - Tezliklə