IFFHS-nin versiyasına görə 2023-cü ilin ən yaxşı futbolçusu bəlli olub
Futbol
- 26 dekabr, 2023
- 08:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı oyunçusunu açıqlayıb.
"Report" IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Holann layiq görülüb.
23 yaşlı forvard 208 xalla bütün rəqiblərini qabaqlayıb.
Fransa millisinin və PSJ-nin üzvü Kilian Mbappe 105 xalla ikinci, mövsümün əvvəlində PSJ-dən ABŞ-nin "İnter Mayami" klubuna keçən argentinalı Lionel Messi (85) üçüncü olub.
Qeyd edək ki, Holann cari ildə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.
Son xəbərlər
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr
04:30
Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb
Digər ölkələr
04:04
Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub
Digər ölkələr
03:53
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Digər ölkələr
03:31
BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
Digər ölkələr
03:12
ABŞ Kanadadan olan bir sıra mallara 50 faizlik rüsumları ləğv edib - Yenilənib
Digər ölkələr
02:42
Tramp İrana qarşı yeni hərbi əməliyyatı istisna etməyib
Digər ölkələr
02:22
Bolqarıstanda prezident seçkiləri ərəfəsində sükut günü başlayıb
Digər ölkələr
01:47
Türkiyədə baş verən ağır qəzada dörd nəfər ölüb, bir nəfər yaralanıb
Region