İspaniya çempionatında daha bir baş məşqçi istefaya göndərilib
Futbol
- 11 yanvar, 2016
- 05:19
Bakı. 11 yanvar. REPORT.AZ/ İspaniyanın "Betis" futbol klubunun rəhbərliyi Pepe Meli baş məşqçi postundan istefaya göndərib. "Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, buna komandanın uğursuz çıxışları səbəb olub.
52 yaşlı mütəxəssis 2014-cü ilin dekabrından rəhbərlik etdiyi komandanı Primeraya çıxarıb. Amma hazırda "Betis" 19 oyundan 20 xalla 15-ci pillədə qərarlaşıb. Meli kimin əvəzləyəcəyi hələ bilinmir.
Qeyd edək ki, "Betis" növbəti matçını yanvarın 13-də İspaniya Kubokunun 1/8 finalında "Sevilya"ya qarşı keçirəcək. Daha öncə "Real Madrid" Rafael Benitesi istefaya göndərərək, onu Zinəddin Zidanla əvəzləyib.
Son xəbərlər
06:13
Rumıniyada onlarla turist qidadan zəhərlənib
Digər ölkələr05:48
Bessent: G20 Çinin mövqeyinə görə birgə kommünikedə razılığa gələ bilməyib
Digər ölkələr05:21
Peru İranla diplomatik əlaqələri kəsib
Digər ölkələr04:55
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
Digər ölkələr04:17
Şamaxıda zəlzələ olub
Hadisə04:06
"Bloomberg": İran hələ də AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmır
Region03:46
Fransa və ABŞ astronavtları BKS-dən kosmosa çıxıblar
Digər ölkələr03:19
ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr02:59