İngiltərənin "Çelsi" klubu yeni qapıçı transfer edib

Futbol
  • 13 iyul, 2015
  • 11:50
İngiltərənin Çelsi klubu yeni qapıçı transfer edib

Bakı. 13 iyul. REPORT.AZ/ Futbol üzrə Bosniya və Herseqovina millisinin və İngiltərənin "Stok Siti" komandasının qapıçısı Asmir Beqoviç "Çelsi" ilə müqavilə bağlayıb. "Report"un "zadəganlar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, anlaşma müddəti 4 illikdir.

Beqoviç yeni komandasında 1 nömrəli formada çıxış edəcək. O, "Arsenal"a keçən Petr Çexin əvəzinə alınıb.

Qeyd edək ki, bu transferin "Çelsi"yə 8 milyon funt sterlinqə başa gəldiyi bildirilir.