Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub

Futbol
  • 24 may, 2023
  • 12:05
Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, finalda "Neftçi İK" və "Baku Fire" komandaları üz-üzə gəliblər.

Bakı İdman Sarayındakı qarşılaşma "Baku Fire"nin 5:0 hesablı qələbəsi ilə bitib. Qolları Oruc Baxşəlizadə, İaqo Henrique, Tofiq Əliyev (2) və Elvin Quliyev vurublar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Yüksək Liqasında "Araz Naxçıvan" qalib olub.

44 - Tezliklə