Fransanın PSJ klubuna baş məşqçi təyinatı rəsmiləşib

Futbol
  • 28 iyun, 2016
  • 16:45
Fransanın PSJ klubuna baş məşqçi təyinatı rəsmiləşib

Bakı. 28 iyun. REPORT.AZ/ Fransanın PSJ futbol komandasının baş məşqçisi postuna Unay Emerinin təyinatı rəsmiləşib. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssis yeni vəzifədə Loran Blan əvəzləyib.

PSJ-dən ispaniyalı məşqçi ilə 2+1 illik müqavilə imzalandığı bildirilib. 

Qeyd edək ki, U.Emeri İspaniyada "Almeriya" və "Valenciya" kimi komandalardan sonra Rusiyanın "Spartak" klubunu çalışdırıb. O, 2013-cü ildə yenidən ölkəsinə qayıdaraq "Sevilya"nın sükanı arxasına keçib və komandasına ardıcıl üç dəfə UEFA Avropa Liqasının kubokunu qazandırıb.