Fransa millisinin sabiq hücumçusu Türkiyənin aşağı liqa klubuna keçib

Futbol
  • 09 sentyabr, 2025
  • 14:41
Fransa millisinin sabiq hücumçusu Türkiyənin aşağı liqa klubuna keçib

Fransa millisinin sabiq futbolçusu Vissam Ben Yedder karyerasını Türkiyədə davam etdirəcək.

"Report"un məlumatına görə, 35 yaşlı hücumçu 1-ci Liqa təmsilçisi "Sakaryaspor"la anlaşıb. 

O, azad agent kimi bu komandaya transfer olunub. 

Qeyd edək ki, son olaraq İranda "Sepahan"ın formasını geyinən Ben Yedder İspaniyada "Sevilya", Fransada "Monako" kimi klubların da formasını geyinib.