Fransa klubunun hücumçusu Mbappenin nailiyyətini təkrarlayıb

Futbol
  • 30 dekabr, 2022
  • 07:25
Fransa klubunun hücumçusu Mbappenin nailiyyətini təkrarlayıb

Fransanın "Monpelye" klubunun futbolçusu Elye Vai PSJ-də çıxış edən Kilian Mbappenin uğurunu təkrarlayıb.

"Report" "Opta Sport"a istinadən xəbər verir ki, 19 yaşlı hücumçu buna Liqa 1-in XVI turunda "Loryan"ı 2:0 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Komandasının ikinci qoluna imza atan forvard yerli çempionatda 20 yaşadək 20 dəfə fərqlənən ikinci oyunçudur. Daha əvvəl Mbappe 2017-ci ildə 18 yaş 10 aylığında "Monako"da bunu bacarıb.

Qeyd edək ki, Elye Vai cari mövsüm yeddi qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.