"Formula 1": Almaniyadakı yarışın start yürüşü ləğv olundu
- 09 oktyabr, 2020
- 10:22
"Formula 1" üzrə Almaniyada keçirilən Ayfel Qran-prisinin ilk sınaq yürüşü ləğv edilib.
"Report"un məlumatına görə, buna hava şəraiti səbəb olub. Nürburqrinq trasının üzərində sıx duman yaranıb və intensiz yağış başlayıb.
Qeyd edək ki, ikinci test yürüşü bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Ayfel Qran-prisinə oktyabrın 11-də yekun vurulacaq.
13:32
"Formula 1" üzrə Almaniyada keçirilən Ayfel Qran-prisinin ilk sınaq yürüşü təxirə salınıb.
"Report"un məlumatına görə, buna hava şəraiti səbəb olub. Nürburqrinq trasının üzərində sıx duman yaranıb, tibbi helikopterin havaya qalxa bilməməsi səbəbindən sessiyanın başlanması bir saat təxirə salınıb.
Bakı vaxtı ilə saat 13:00-a təyin edilən test yürüşü şərtlər dəyişməsə, ləğv edilə bilər.
Qeyd edək ki, Ayfel Qran-prisinə oktyabrın 11-də yekun vurulacaq.