"Gəncə" komandası FIBA Avropa Kubokundakı ilk oyununda məğlub olub

Komanda
  • 07 oktyabr, 2026
  • 21:41
Gəncə komandası FIBA Avropa Kubokundakı ilk oyununda məğlub olub

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxıb.

"Report"un məlumatına görə, Türkiyənin "Esenler Erokspor" komandasının qonağı olan Azərbaycan təmsilçisi rəqibinə uduzub - 63:92.

C qrupunun matçı İstanbul şəhərində keçirilib.

Qeyd edək ki, "Gəncə" qrup mərhələsində "Universitatya Krayova" (Rumıniya), "Sportinq" (Portuqaliya), "Rilski Sportist" (Bolqarıstan) və "Kolossos"la (Yunanıstan) da üz-üzə gələcək.

44 - Tezliklə