Bolqarıstan ABŞ-ni ticarət gəmilərinə dron hücumunun araşdırılmasına cəlb edəcək
- 07 oktyabr, 2026
- 21:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bolqarıstan Qara dənizdəki müstəsna iqtisadi zonasında iki ticarət gəmisinə hücum edən pilotsuz uçuş aparatlarının (PUA) mənşəyini ABŞ, Türkiyə və Rumıniyanın dəstəyi ilə müəyyən etmək niyyətindədir.
"Report" Bolqarıstan mediasına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Rumen Radev Milli Təhlükəsizlik üzrə Məşvərət Şurasının iclasının yekunlarına əsasən bildirib.
Onun sözlərinə görə, hazırda Sofiyanın hücumun arxasında Rusiyanın dayandığını birmənalı şəkildə təsdiqləməyə imkan verən sübutları yoxdur.
"Milli təhlükəsizliklə bağlı məsələlərdə fərziyyələrlə işləyə bilmərik", - Radev vurğulayıb.
Bolqarıstan tərəfi Türkiyə və Rumıniya ilə birgə, həmçinin ABŞ-nin mümkün dəstəyi ilə "Able" və "Alfa Watan" gəmilərinin hücuma məruz qaldığı əraziləri yoxlamağı planlaşdırır. Hakimiyyət orqanları PUA qalıqlarını tapmağı və onların mənşəyini müəyyənləşdirməyi gözləyir.
"Able" suyun üzərində qalıb, "Alfa Watan" isə hücumdan sonra batıb.