Filip Ozobiç: "Yaxşı komanda olduğumuzu göstərdik"

Futbol
  • 12 iyul, 2022
  • 17:57
Filip Ozobiç: Yaxşı komanda olduğumuzu göstərdik

"Hər iki oyunda rəqibdən yaxşı komanda olduğumuzu göstərdik. Növbəti mərhələyə yüksəlməyi haqq edirdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan "CBC Sport"a açıqlamasında sonra deyib.

Təcrübəli yarımmüdafiəçi oyunun məsuliyyətini dərk etdiklərini bildirib: "Baş məşqçinin bütün tapşırıqlarını layiqincə yerinə yetirdik".