Azərbaycan millisinin oyununa təyinat alan Çokirka "Qarabağ"ın matçında VAR hakimi olub

Futbol
  • 29 sentyabr, 2026
  • 13:23
Azərbaycan millisinin oyununa təyinat alan Çokirka Qarabağın matçında VAR hakimi olub

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununu idarə edəcək avstriyalı hakim Kristian-Petru Çokirka daha əvvəl "Qarabağ"ın avrokubokdakı matçında iş başında olub.

"Report"un məlumatına görə, 37 yaşlı FIFA referisi 2023-cü ildə UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən "Hakken" (İsveç) - "Qarabağ" qarşılaşmasında iştirak edib.

O, həmin vaxt görüşün VAR hakimi funksiyasını yerinə yetirib. Sözügedən oyun Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kristian-Petru Çokirka 2019-cu ildən beynəlxalq oyunlara təyinat alır. O, cari mövsüm Avstriya Bundesliqası ilə yanaşı, UEFA Çempionlar Liqası və UEFA Konfrans Liqasının təsnifat mərhələlərinin qarşılaşmalarında söz sahibi olub.

Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

44 filmi