FIFA-nın Etika komitəsinin sədri saxlanılıb
Futbol
- 21 noyabr, 2018
- 13:13
Bakı. 21 noyabr. REPORT.AZ/ Asiya Beynəlxalq Arbitraj Mərkəzinin direktoru (AIAC) və FIFA-nın Etika komitəsinin sədri Sundra Raco korrupsiyada şübhəli bilindiyi üçün saxlanılıb.
"Report" AP agentliyinə istinadən xəbər verir ki, o, Malayziyada Korrupsiyaya qarşı Mübarizə Komissiyası tərəfindən tutulub.
Hakim məhkəmədə komitə sədrinin diplomatik toxunulmazlığı və imtiyazları olduğunu qəbul edib və S.Raco sərbəst buraxılıb.
Korrupsiyaya qarşı Mübarizə Komissiyası məsələ ilə bağlı araşdırmanı davam etdirəcək.
S.Racoya qarşı istintaqın təfərrüatı açıqlanmır. O, saxlanıldıqdan sonra AIAC-ın direktoru postundan istefa verib.
Son xəbərlər
21:51
Dağ-mədən sənayesinin inkişafı yeni sənaye zəncirlərinin formalaşdırılmasına xidmət edir - RƏY
Daxili siyasət21:48
Yalçın Rəfiyev BMT Baş Assambleyasında müxtəlif mövzularda çıxış edib
Xarici siyasət21:44
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə21:39
Naxçıvanda avtomobil piyadaları vurub
Hadisə21:35
Video
Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb
Daxili siyasət21:34
Foto
Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha iki qızıl medal qazanıblar
Fərdi21:31
Ceyhun Bayramov isveçrəli həmkarı İqnasio Kassislə görüşüb
Xarici siyasət21:26
"Naxçıvan" klubu ABŞ-li basketbolçu Ceremi Hayesi transfer edib
Komanda21:13