Fatih Terimi tənqid edən jurnalist 5 min avro təzminat ödəyəcək

Futbol
  • 19 yanvar, 2017
  • 13:56
Fatih Terimi tənqid edən jurnalist 5 min avro təzminat ödəyəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Hazırda Türkiyə yığmasının baş məşqçisi olan Fatih Terim və "Qalatasaray"ın sabiq prezidenti Ünal Aysal arasındakı telefon mesajlaşmasını 2013-cü ildə yerli televiziyaların birində ictimailəşdirən köşə yazarı və şərhçi Ozan Kütahyalı İstanbul məhkəməsi tərəfindən cəzalanıb.

"Report"un məlumatına görə, o, məhkəmənin qərarı ilə təxminən 2 500 avro təzminat ödəyəcək. Bu gün baş tutan prosesdə tərəflərin vəkilləri iştirak edib.

Bundan əlavə məhkəmə O.Kütahyalının sosial şəbəkələrdəki şəxsi hesabından paylaşdığı yazılar və ifadələr üçün təxminən 1 250 avro mənəvi təzminat ödəməsinə qərar verib. Üstəlik, "Bəyaz TV"də efirə gedən "Dərin Futbol" verilişində söylədiyi sözlər üçün də əlavə 1 250 avro ödəməli olacaq.