Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb
Futbol
- 05 mart, 2025
- 17:04
Misli Premyer Liqasının XXV turunun son oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Kəpəz”lə səfər görüşünün start heyətində yer alan 33 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirir.
O, yubiley matçına qədər 43 qola imza atıb.
E.Mahmudov Premyer Liqada yalnız bir klubun – “Neftçi”nin formasını geyinib. O, Azərbaycan çempionatları tarixində ağ-qara formada 200 matç keçirən ilk oyunçudur.
Yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında komandasının rekordçusudur.
Qeyd edək ki, Emin Mahmudov Premyer Liqada 2017/2018 mövsümündə debüt edib. O, 2017-ci ilin sentyabrın 24-də, səfərdə “Qəbələ”yə qarşı matçda (1:2) forma geyinib.
Son xəbərlər
04:49
Media: ABŞ kəşfiyyatı hesab edir ki, İranın öz gücünə inamı artıb
Digər ölkələr04:07
Antalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb
Region03:39
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına aviabombaların satışını təsdiqləyib
Digər ölkələr03:18
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
Futbol02:46
Türkiyə Prezidenti 12 ölkəyə yeni səfir təyin edib
Region02:21
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
Digər ölkələr01:52
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə01:30
"Real" La Liqanın cari mövsümündə ilk dəfə məğlub olub
Futbol01:18