Elmar Baxşıyev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub

Futbol
  • 08 aprel, 2024
  • 10:23
Elmar Baxşıyev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub

Elmar Baxşıyev “Araz-Naxçıvan” futbol klubunun baş məşqçisi təyin olunub.

Bu barədə “Report”a mütəxəssisin özü məlumat verib.

Təyinat bu gün reallaşıb.

Qeyd edək ki, Elmar Baxşıyev "Araz-Naxçıvan"dan ayrılan Azər Bağırovu əvəzləyib. 43 yaşlı mütəxəssis bundan öncə “Qəbələ”ni çalışdırıb.