Əfqan Həmzəyev FİFA referilərinin siyahısından çıxarılıb

Futbol
  • 19 dekabr, 2017
  • 10:50
Əfqan Həmzəyev FİFA referilərinin siyahısından çıxarılıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanın çimərlik futbolu üzrə FİFA referilərinin siyahısında dəyişiklik baş verib. 

Bu barədə “Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib.

O deyib ki, Əfqan Həmzəyevi Əli Cəbrayılov əvəzləyib. İnqilab Məmmədov və Sədaqət Vəliyeva isə yenidən beynəlxalq miqyaslı oyunlara təyinat alacaqlar.

Qeyd edək ki, Ə.Həmzəyev vaxtilə Azərbaycan Premyer Liqasınının da oyunlarını idarə edib.

44 - Tezliklə