Fransalı futbolçu yenidən Ronaldu ilə komanda yoldaşı ola bilər

Futbol
  • 04 sentyabr, 2024
  • 13:51
Fransalı futbolçu yenidən Ronaldu ilə komanda yoldaşı ola bilər
Adrian Rabyo

Fransa millisinin sabiq futbolçusu Adrian Rabyo yenidən Kriştianu Ronaldu ilə komanda yoldaşı ola bilər.

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Əl-Nəsr" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Klub oyunçuya bir mövsüm üçün 20 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Rabyo son olaraq İtaliyada "Yuventus"un uğurları üçün çalışıb. O, daha əvvəl Ronaldu ilə Turin təmsilçisində komanda yoldaşı olub.

44 - Tezliklə